Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-08-2022 [00:03]
Qoç - Oberon və Mirandanın münasibətləri zəngin emosional fonlu gün vəd edir. Hadisələrin inkişaf məcrası sizin nüansları sezmək və görmək bacarığınızdan asıldıır. Böyük, ciddi yeniliklər olmayacaq, sizdən əlahiddə səylər tələb edilməyəcək. Yaxın insanların işlərinə qatılın, onlara yarldım edin. Həmkarlarınızı narahat edən məsələləri müzakirə edin. İfrat emosionallıq və hisslər sizdən fəal davranış, əməl və qərarlar tələb edir. İş yerində qayda yaradın. Evdə isə sadə, səmimi olun.
Buğa - Kallisto və Leda xəbərlər, təmaslar və əlaqələrlə bol gün vəd edir. Nəyisə təşkil etmək, aramaq, məlumat axtarmaq lazım olacaq. İşlərinizin effektivliyinin orta həddən aşağıya düşməsinə imkan verməyin. Eyni vaxtda bir neçə işlə məşğul olaraq fikrinizi dağıtmayın. Sabah görmək istədiyiniz işlərin planını indidən hazırlayın ki, sonradan axsama və ya ləngimələr olmasın. İstirahəti azaldaraq intensiv çalışın. Sizə yaxın olan insanlar problemləri barədə heç nə deməsələr belə, onların qayğısına qalın.
Əkizlər - Umbriel və Titanianın münasibətləri sizi bir qədər geriyə qaytaracaq. Nigaranlıq, narahatlıq, qayğı hissləri yaranacaq. Yaxın ətrafınızdakı insanların davranış və sözlərindən narazı qala bilərsiniz. Əmin olmadığınız məsələlərdə inadkarlıq etməyin. Günün məşğuliyyəti əhvalınız kimi qəflətən dəyişə bilər.
Ətrafınızdakı insanlara qarşı tələblərlə çıxış etməyin, milçəyi filə çevirməyin. Əks təqdirdə vəziyyət daha da ağırlaşa bilər. Yaxın bildiyiniz insanların bəzi zəiflik və səhvlərini bağışlayın. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. İmkan olarsa, alış-veriş edin.
Xərçəng - Enselad və Titanın münasibətləri bu gün sizdən ehtiyatlı davranmağı istəyir. Yaşananları, baş verənləri diqqətlə müşahidə edin, sadəlövhcəsinə davranmayın. İllüziyalar aləminə qapılmayın, vaxtınızı şəxsi maraqlarınıza həsr etməyin. Yardımınıza, məhz indi dəstəyinizə ehtiyac duyan insan var.
Qarşı tərəfin maraqlarını nəzərə almayaraq öz hiss və mənafenizi hər şeydən üstün tutsanız, inciklik və kobudluqla qarşılaşacaqsınız. İntuisiyanızla məsləhətləşin, amma ilk emosiyalara aldanmayın.
Qərar qəbul edəndə yaxşıca fikirləşin. Kiməsə tapşırıq verəndə səlis və aydın danışın.
Problemlərin formasına rəğmən, onları müzakirə edin.
Şir - Günəş və Neptunun münasibətləri diqqətinizi praktik müstəvidən kənarlaşdıra bilər. Təhlükəsizliyi düşünün, böyük riskə getməyin, çox iş görməyə tələsməyin. Bir istiqamətdə hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual olan məsələlərə yaradıcı yanaşın.
Gərəksiz sərtliyə, tələsik qərarlara yol verməyin. Əks təqdirdə təmaslar və əlaqələrin ənənəvi stili pozulacaq, problemlər yarana biləcək yöndə hadisələr sürətlənəcək. Maliyyə məsələlərinə xüsusi fikir verin. Bəzi öhdəlikləri və vədləri yerinə yetirə bilmirsinizsə, bunu iş yoldaşlarınız, dostlarınız və ya tanışlarınıza bildirin. Onlar imkan yaranana qədər gözləsələr, pis olmaz.
Qız - Andromeda və Fobosun münasibətləri hadisələrin gedişatında qəfil məqamların yaranmasına səbəb olur. Möhtəşəm planlarınız olsa da, hələlik onların vaxtı deyil.
Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail olmağa səy göstərin. Perspektivlər aydın deyil. İş yoldaşları və tərəfdaşlarınız sizi diqqətlə dinləmirlər.
Bu günü bəzi məsələləri daha yaxşı anlamaq, məğzə varmaq üçün əlverişli dövr sayın. Narahatlıq varsa, müvəqqəti olaraq başqa işlə məşğul olun. Ola bilər ki, ehtiyac duyduğunuz nəsnəni indi tapasınız. Bəzi problemləriniz sizin iştirakınız olmadan həllini tapacaq.
Tərəzi - İo və Kallistonun münasibətləri əvvəlki vaxtlarla müqayisədə daha çox səy, zəhmətkeşlik tələb edəcək. Sərfəli və gəlirli, lazım saydığınız işlərin hamısını görməyə çətinlik çəkəcəksiniz.
Xaotik fəallıq etməyin, birbaşa öhdəliklərinizi yerinə yetirməyə mane ola biləcək təşəbbüslərə qatılmayın.
Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz, motivsiz nigaranlıq hissləri yarana bilər. İşgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz insanın mənafelərini ön plana çəkin.
Parlaq və güclü təəssüratlar istəsəniz də, bu gün həyat güzəşt, soyuqqanlı olmağı, başqalarının işlərində köməyi tələb edir. Xırdalıqları və detalları diqqətlə yoxlayın, önəmli məqamları nəzarətsiz qoymayın.
Əqrəb - Haron və Tritonun münasibətləri hisslərdə gərilmə vəd edir. Qarışıqlıq və yubanmalar bəzi işləri vaxtında görməyə mane olacaq. Mühüm işdə təxirəsalma yarana bilər. Fikirləriniz cari işlərdən çox kənarda olmasın, fantaziya və xəyallar şüurunuza hakim kəsilməsin. Konkret məqsədlərə çatmağa çalışdığınız vaxtda bəzi niyyətləriniz reallaşmaya bilər.
Mühüm saydığınız işlərdən birini təxirə salın. Nigaranlıq və ya gərginlik hiss edəcəyinizi düşündüyünüz görüşə qatılmayın. Şəxsi həyat ön plana çıxacaq. Adi kanallardan yan keçməklə durum, mövqe, perspektiv və ya qüvvənizi artıra biləcək məlumatlar ala bilərsiniz. Yaradıcılıq və ya işlə bağlı bilikləri artırın.
Maraqlanmadığınız, amma ehtiyac duyulan işi görməli olacaqsınız.
Oxatan - Venera və Plutonun münasibətləri ciddi işə başlamağınızı tələb edir. Məhdudiyyətlər və çətinliklər qaçılmazdır. Doğru yolla, seçilmiş kursla irəlilədiyinizi düşünürsünüzsə, problemlər olmamalıdır. "Şər deməsən, xeyir gəlməz" deyimini xatırlayın. Gərgin situsiya pik həddinə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq və sizi fəaliyyət vasitələrini dəyərləndirərək daha əlverişli yollar tapmağa vadar edəcək.
Adi əlaqələrinizlə müqayisədə daha çox mənfəət əldə edə biləcəyiniz görüşlərdən qaçmayın.
Nəyisə dəyişəcəyiniz bütün işlər üçün uğurlu gündür. İnqilabi istəklər və ya çevriliş etmək niyyətinin zamanı deyil. Daha mühüm olanı əlaqələr və təmasları qaydaya salaraq planlara dəstəyə nail olmaqdır.
Oğlaq - Mars və Saturnun münasibətləri çətin gün vəd edir. Hissiyatınız artacaq, başqasının enerji təsirinə məruz qalacaqsınız. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar mühüm rol oynayır. Tamah, yalan qurbanı olmayın. Kimsənin sizi bəyənmədiyiniz işə razılaşdırmasına imkan verməyin.
Maraqlı məlumat adi kanallardan yan keçərək gələ bilər. Yaxınlarınızla münasibətləri rəvan saxlayın, onların problemləri, qayğıları ilə maraqlanın.
"Arxa cəbhə"niz ailədir. Belə gündə ailə üzvləri və qohumların dəstəyini hiss etmək önəmlidir.
Sizə önəmli olan insanlarla münasibətləri qoruyun, münaqişə yaranıbsa, dərhal barışın.
Dolça - Amalteya və Hanimedin münasibətləri bol imkanlar, çoxlu yollar yaradır. Fikrinizi cəmləyin, qarşınıza konkret məqsəd qoyaraq ona çatmağa çalışın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın.
Yalan, fırıldaq, uğurlarınızı mənisməmək cəhdləri olacaq. Başqalarının hərəkətləri, motivləri və cavab reaksiyalarını dəyərləndirməyə tələsməyin. Durumunuzu səciyyələndirəcək mövzuya diqqət ayırın. İndi əsas məsələ işin nəticələrini görməkdir. Yeni fəaliyyət istiqamətləri seçin. Səhhətinizə fikir verin, amma yeni dərman preparatları ilə eksperimentlər aparmayın. Köhnə, sınanmış vasitələrdən istifadə edin.
Balıqlar - Ay və Deymosun münasibətləri emosionallığın çox energetikanın az olduğu gün vəd edir. Qətiyyətli olun, hər önəmli hadisə, situasiyadan əvvəlcə psixoloji və fiziki baxıman özünüzü hazırlayın. Xəyallar və arzular aləminə dalsanız, günün nəticələri çox pis olacaq. Reallığa qayıdın, təzyiqlərə və problemlərə müqavimət göstərin. Əsassız fikirlər söyləməyin, tərəfdaşınıza təzyiq göstərməyə çalışmayın. Emosiyaların həddən ziyadə güclü olacağını nəzərə alaraq məntiqli davranın.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb