Paşinyan: “İrəvandakı ticarət mərkəzində baş vermiş partlayış terror aktı deyil”

img

18-08-2022 [16:47]


“İrəvandakı ticarət mərkəzində baş vermiş partlayış terror aktı və ya qəsdən törədilmiş cinayət deyil”.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışla bağlı açılmış cinayət işində müxtəlif fərziyyələr müzakirə olunur, mövcud sübutlar bunun daha çox ehtiyatsızlıqdan baş vermiş hadisə olduğunu göstərir.

Paşinyan partlayışla bağlı videogörüntülərə istinad edərək, olayda terror aktı məntiqinin istisna edildiyinin göz önüdə olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı