Əli Əsədov daha qərar imzaladı

img

18-08-2022 [11:37]


Nazirlər Kabineti məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

- illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

- tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq