Azərbaycanın daha bir millisi qızıl medal qazanıb

img

17-08-2022 [18:05]


Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Mia.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR