DAHA BİR DÖVLƏT QURUMUNDA YOXLAMA: nöqsanlar aşkarlandı - DETALLAR
17-08-2022 [14:43]
Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini aparıb.
Mia.az Palataya istinadla xəbər veirr ki, kənar dövlət maliyyə nəzarəti tədbiri 11 oktyabr 2021-ci ilə qədər strukturu üç qurumdan - Dövlət Dəniz Agentliyindən, Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsindən ibarət olmaqla fəaliyyət göstərmiş Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra Agentlik) 1 yanvar 2018-ci il tarixindən 1 yanvar 2022-ci il tarixinə qədərki fəaliyyətini və həmin dövr üzrə 43 milyon manata yaxın dövlət vəsaitini əhatə edib.
Auditlə müəyyən edilib ki,
- dövlət sifarişinin yerinə yetirilməsi çərçivəsində dövlət büdcəsinin vəsaitlərinə olan tələbat düzgün əsaslandırılmamış, qeyri-büdcə mənbələrindən əldə olunan vəsaitlərin (gəlirlərin) faktiki, eləcə də potensial həcmləri müvafiq hədlərdə nəzərə alınmayıb;
- gəmilərin beynəlxalq və kabotaj səfərləri üzrə hərəkətinin elektron uçotunun təşkili ilə əlaqədar müəyyən işlərin görülməsinə baxmayaraq, agentlikdaxili qurumların funksional fəaliyyətlə bağlı məlumatlarında eyni uçot göstəriciləri arasında fərqlər mövcud olmuş, eləcə də elektron informasiya sistemi tariflərin hesablanması meyarlarına tam cavab verməyib;
- dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilmiş xidmətlərdən tarif yığımları bir sıra gəmilər (gəmi istismarçıları və ya gəmi agentləri) üzrə vaxtında və tam həcmdə ödənilmədiyi hallarda müvafiq inzibati hərəkətlər yerinə yetirilməmiş, bu və digər səbəblər üzündən yığılması təmin edilməyən ümumi debitor borcların həcmi 2,0 mln. manatadək yüksəlmiş, eyni məzmunlu əməliyyatlar çərçivəsində 1,95 mln. manat məbləğində vəsait isə maliyyə uçotu sənədlərində debitor borc kimi tanınmayıb;
- gəmi heyət üzvləri üçün hazırlıq kurslarının təşkilində, eyni zamanda xarici bayraq altında üzən və ölkənin ərazi sularına daxil olan gəmilərə agent xidmətlərinin göstərilməsində, bazarın eyni xidmətlər təklif edən digər iştirakçıları ilə müqayisədə Agentliklə faktiki olaraq müxtəlif məzmunlu digər əməliyyatlar rəsmiləşdirilmiş bir sıra şirkətlər üstün paya malik olmuşlar ki, bu da əhəmiyyətli uyğunsuzluqlar yaradıb;
- dövlət vəsaitlərinin xərclənməsi çərçivəsində dəyəri ödənilməklə alışı rəsmiləşdirilmiş malların (işlərin, xidmətlərin) mövcudluğu ilə bağlı müəyyən edilmiş nöqsanların 67 %-i icarəyə götürülmüş yedək gəmisinin faktiki olaraq istifadə olunmaması, 14,1 %-i yedək gəmisi və sürətli kater üzrə artıq yanacaq sərfiyyatı, 6,1 %-i bir sıra proqram təminatları və proqram təminatlarına texniki dəstək xidmətləri, 12,8 %-i isə təmir işləri, inventarlar və müxtəlif məzmunlu xidmətlərlə əlaqədar olub;
- dövlət satınalmaları üzrə ehtimal olunan qiymətlərin hesablanmasının rəsmiləşdirilməsi prosesində malların (işlərin, xidmətlərin) qiymətləri barədə məlumat toplamaq imkanlarından səmərəli istifadə olunmaması, eyni zamanda müqavilə şərtlərinə əməl olunmasının təmin edilməməsi hallarına əsasən dəniz buylarının, çap məhsullarının və kompyuter avadanlıqlarının alışı çərçivəsində ümumilikdə 1,0 mln. manata yaxın vəsaitə qənaət olunmayıb;
- nəzarət yoxlama fəaliyyəti, gəmilərin hərəkətinin uçotu, tariflər üzrə gəlirlərin hesablanması və yığılması, dövlət satınalmalarının həyata keçirilməsi, alışların sənədləşdirilməsi və dövlət əmlakının qorunub saxlanılması sahəsində cari auditlə aşkar edilmiş nöqsanların Agentliyin və tabeliyində olmuş publik hüquqi şəxslərin auditlə əhatə olunan bütün hesabat dövrlərinə təsadüf etməklə miqyası və sistemli xarakter daşıması daxili nəzarət mühitinin (sisteminin) dövlət sektoru kontekstində sağlam meyarlara əsaslanmadığını göstərib;
- gəmilərdə həyata keçirilmiş yoxlamaların nəticələri üzrə 552 aktdan 470-ində (85,1 %-də) 3510 adda nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edilməklə müvafiq qaydada sənədləşdirilməsinə və gəmi müfəttişliyinin nəzarət sisteminə işlənməsinə baxmayaraq cərimə məbləğlərinin tətbiqinə dair yekun qərarların qəbul edilməsi üçün ardıcıl inzibati tədbirlər həyata keçirilməyib.
Auditlə əhatə olunan dövrdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində ümumilikdə 9,9 milyon manat dövlət vəsaitinin bərpa olunması və uzun müddət ərzində yığılmamış 1,03 milyon manat məbləğində debitor borcların ödənilməsi təmin edilib, eyni zamanda funksional fəaliyyətin zəruri meyarları nəzərə alınmaqla proqram təminatının yaradılması, gəmilərə agent xidmətləri göstərən bütün hüquqi və fiziki şəxslərlə hüquqi münasibətləri tənzimləyən müqavilələrin bağlanması, daxili audit xidmətinin fəaliyyətinin təşkil olunması, gəmi heyəti üzvlərinə ixtisas şəhadətnamələrinin və təsdiqnamələrin verilməsi üzrə ixtisas imtahanlarının proqram təminatının təkmilləşdirilməsi istiqamətlərində tədbirlərin reallaşdırılmasına nail olunub.
Dövlət satınalmalarının həyata keçirilməsini tənzimləyən hüquqi aktların tələblərinin gözlənilməsi, o cümlədən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması və əlavə xərclərin qarşısının alınması, müqavilə şərtlərinə əməl olunmasına daxili nəzarətin gücləndirilməsi, eləcə də aktivlərin və öhdəliklərin növbədənkənar inventarizasiyasının aparılması da auditin nəticələri üzrə verilmiş təkliflərin sırasında yer alıb.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)