General mətbuat konfransında: "Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb"

img

16-08-2022 [11:09]


“Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib”.

Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb:

“Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”.

O əlavə edib ki, son bir il ərzində ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın sərhədçilər tərəfindən qarşısı alınıb: "O cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR