Nəsimi rayonunda Vətən müharibəsi əlilləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib - FOTOLAR
16-08-2022 [09:25]
Azərbaycanda şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir.
Mia.az xəbər verir ki dövlət şəhid ailələri və qaziləri hər cür şəraiti olan mənzillərlə təmin edir. Tibbi göstəriş və ehtiyacı olanlar minik avtomobilləri də təmin olunur. Onlara güzəştli şərtlərlə torpaq, kreditlər verilir, işə qəbulda kvotalar ayrılıb.
Övladlarının təhsilinin də hamısı dövlət hesabınadır. Pensiya və müavinətləri respublika üzrə orta pensiya və müavinətdən yüksək müəyyənləşdirilib. Bundan əlavə, onlar üçün Prezident təqaüdü müəyyən olunub. Bu, Azərbaycanda istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dövlətin xüsusi diqqətinin nəticəsidir. Cəmiyyətdə də o insanlara həmişə böyük ehtiram və diqqət göstərilir.
Vətən müharibəsi əlillərinin və veteranların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən müharibəsi əlliləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər İdman İdarəsinin əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi əlilləri, veteranları və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə yarış iştirakçıları Nəsimi rayon şəhidlərinin xatirə kompleksinin önünə gül dəstələri qoymuş və ehtiramlarını bildiriblər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Vətən müharibəsində əlil olanlara, veteranlara, xüsusən də şəhid ailələrinə dövlət dəstəyinin daim göstərildiyini vurğulamış, rayon rəhbərliyi tərəfindən rayonda yaşayan əlillər, veteranlar və şəhid ailələri ilə sıx əlaqədə olduğunu, onların gündəlik problemlərinin həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.
Keçirilən yarışlarda Şahmat üzrə Alik Yusifov I yer, Kamal Quluzadə II yer, Nurlan Nəzərov III yeri qazanmış, Dama üzrə Əkbər İsmayılov I yer, Kənan Kərimli II yer, Elvin Qasımov III yeri qazanmış, Nərd üzrə Rauf Nəzərov I yer, Elnur Cənnətov II yer, Kənan İbrahimov III yeri qazanmışlar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub. İştirak edən digər əllilər isə diplomlarla təltif olunublar.
Yarışın sonunda çay süfrəsi arxasına əlilləri narahat edən məsələlərə aydınlıq gətirilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"