Krımda Rusiyaya məxsus hərbi hissə və yarımstansiyada partlayış olub - Əhali köçürülür

img

16-08-2022 [09:47]


Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

UNIAN xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.: "Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub. Hazırda yanğın davam edir"/Report.

Mia.az Ukrayna mediasına istinadla bildiriir ki, bu gün Krımın Canköy rayonunda növcbəti partlayış olub.

Bildirilib ki, ərazidəki elektrik yarımstansiyası partlayıb. 

Rusiya mətbuatı isə adıçəkilən rayonun Mayskoye kəndindən əhali təxliyyə olunur.

TASS xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub. Həmin vaxtı Ukrayna ordusu Rusiyanın mövqelərinə ağır zərbələr endirmişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR