Sərhəddə əməliyyat: iki nəfər saxlanılıb - FOTO
10-08-2022 [11:10]
İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.
Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülmüşdür.
Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonunun Qapıçıməhəllə kəndi ərzisində“Mercedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır.
Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülmüşdür. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşmışdır.
Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə məlumat verilmiş, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılmışdır. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilmişdir.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO