Sabunçuda əməliyyat: saxta pul hazırlayan dəstə saxlanılıb - FOTO
10-08-2022 [10:37]
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40-a yaxın evdən silsilə oğurluqlar edən 3 dəstənin 8 nəfərdən ibarət üzvü saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi barədə məlumat daxil olub:
"Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub. Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əskinas aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. Saxlanılan şəxslərin marketlərə saxta əskinaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə Kürdəxanı və ətraf qəsəbələrdə yerləşən bağ evlərindən silsilə oğurluqlar edən əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Nəcəfov və Azər Rəhimov tutulublar.
Araşdırma zamanı onların 7 evdən əsasən qızıl-zinət əşyaları və pul oğurladıqları məlum olub. Bu şəxslərin zərərçəkən ev sahiblərinə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib".
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zaman isə Sabunçu rayonunun müxtəlif qəsəbələrində yeni tikilməkdə olan evlərdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən daha bir dəstənin üzvləri - Sahil Əliyev və Vüsal Bədəlov tutulublar:
"Bu şəxslərin saxlanılan günə qədər Sabunçu rayonunda 30-dan çox evdən oğurluq etdikləri məlum olub.
Dəstə üzvləri oğurladıqları əşyaları Sahil Əliyevə məxsus yük maşını ilə həmin evlərdən aparıblar.
Aşkar edilən bütün faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
Bu şəxslərin əməllərində zərərçəkən başqa vətəndaşlar varsa, Sabunçu Rayon Polis İdarəsinə, 15-ci Polis Bölməsinə, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb