Bakıda tanışını güllələyən qaziyə hökm oxundu
09-08-2022 [16:13]
Bakıda tanışını güllələyən Vətən müharibəsi qazisi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü Tural Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə hökm elan edilib.
Avqustun 3-də elan edilən hökmə əsasən, T.Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Güllələnmə hadisəsi bu il fevralın 21-də baş verib. Vətən müharibəsi qazisi Tural Məmmədov Binə qəsəbəsi ərazisində İlkin adlı tanışını “Escort” markalı tüfənglə güllələyib. Hadisəyə səbəb Turalın Binə qəsəbəsinin daxilində marşrut xətti üzrə avtobus istismara verməsi olub. Bu isə həmin ərazidə marşrut xətti işlədən Əfqan adlı şəxsin marağına toxunub və həmin şəxs Turala məxsus avtobusun qarşısını kəsərək hərəkətinə mane olub, avtobusdakı sərnişinləri düşürərək öz avtobusunun fəaliyyətini davam etdirdiyini bildirib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Əfqan Turalla görüşə qohumu İlkin adlı şəxslə gedib. Tural isə həmin yerə avtomobilinə silah qoyaraq yollanıb.
Görüş zamanı Turalla İlkinin arasında sözlü mübahisə başlayıb və o, özü ilə gətirdiyi tüfənglə İlkinə atəş açaraq ona qarın nahiyəsindən ağır xəsarətlər yetirib. Hadisə yerinə özünü çatdıran Tural Məmmədovun qardaşı Vüsal Məmmədov silahı onun əlindən alıb.
Məhkəmədə ekspertiza rəyi elan edilib. Bildirilib ki, hadisə vaxtı T.Məmmədov affekt vəziyyətində olmasa da, onun psixoloji problemləri var.
Həmçinin zərərçəkmiş şəxs Turalı bağışladığını, onun həbsdən azad edilməsini istədiyini deyib.
Məhkəmə T.Məmmədovun ilk dəfə cinayət törətməsini, Vətən Müharibəsində rəşadətlə iştirak etməsini, günahını səmimi etiraf etməsini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, onun 5 ay 12 gün (bu il fevralın 22-dən) həbsdə saxlanılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edib/Qafqazinfo.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO