Mərkəzi Bankda yeni qurumlar yaradıldı - Təyinatlar

img

08-08-2022 [15:47]


Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib. 

Mia.az xəbər verir ki, digər əmrlə Mərkəzi Bankın "Maliyyə Monitorinqi Bölməsi"nin bazasında "Maliyyə Monitorinqi Departamenti", əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb: "İndiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub. Bundan əlavə, Mərkəzi Bankında daha 4 yeni şöbə- Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsi yaradılıb. Müvafiq əmrlərlə İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin olunublar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub