Allahşükür Paşazadə: "Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir"

img

08-08-2022 [12:08]


"Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur".

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir. Bu gün bayrağı təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar", - o bildirib/Report.

Şeyx daha sonra deyib ki, Aşura günü özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir": "Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur. Bəzi insanların İmam Hüseynin adından istifadə edərək İslamın daxilində ayrıseçkilik yaratması düzgün deyil. İnsanlar gəlib bir yerdə İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalıdırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR