“LONDON SÜRPRİZİ”: bölgəyə və ya hansı dövlətlərə mesaj verilir?
06-08-2022 [16:38]
Elxan ŞÜKÜRLÜ
***
Bizdən fərqli olaraq, Qərb dünyası, xüsusən ingilislər İslam dinini daha yaxşı araşdırıb, öyrəniblər: məzhəb və təriqətləri, onların zəif və güclü tərəflərini, boşluqları, müsəlman ökələri xalqlarının tarixini, adət-ənənələrini, əhvalını, psixologiyasını, hər hansı hadisəyə ilkin və sonrakı reaksiyasını çox yaxşı bilirlər.
Radikal islamçı təşkilatları qurma və yönləndirmə mexanizmləri də daha çox Qərb, bu sırada da ingilis kəşfiyyatının əlində olub. Ona görə də uzun illərdir ki, sözdə bizim olan İslam coğrafiyasının sərvətlərini çox rahatca talaya, istədiyi səmtə daşıya və oradakı siyasi prosesləri də məharətlə idarə edə bilirlər...
Məgər xristian Avropanın kabusuna çevrilən hənəfi məzhəbli qüdrətli Osmanlı imperiyasını ingilislər hənbəli fiqhinə əsaslanan vəhhabiliyi ortaya çıxarmaqla yıxmadılarmı, ərazisini parçalayaraq müsəlmanların iki müqəddəs şəhərinin də daxil olduğu torpaqlarda sələfi Səudiyyə Krallığını qurmadılarmı?!
Yaxud uzun illər ingilis müstəmləkəsi olmuş və dünyanın sayca ən çox dini icmalarının fəaliyyət göstərdiyi Hindistanı iki yerə parçalayaraq, müsəlman əhalisinin daha çox yaşadığı Pakistan ərazisini ingilis kəşfiyyatının radikal islamçı təşkilatlar yetişdirən laboratoriya və təlim mərkəzinə çevirmədilərmi?!
Təkcə son 100 ilin yazılı tarixi birmənalı sübut edir ki, İslam dinini “terror dini” kimi təqdim və təbliğ edib gözdən salan, bunun üçün hər il milyardlarla vəsait sərf edən vaxtilə İslam dövlətlərinin hökmünə boyun əymiş, onlara xərac, vergi vermiş və bu gün İslam dünyasının yenidən dirçəlişindən təşviş keçirən Qərb dünyası, başda da ABŞ və İngiltərədir.
Məsələn, bilməyənlər üçün maraqlı bir fakt: 1916-cı ildə doğulan və 2018-ci ildə - 102 yaşında dünyasının dəyişən yəhudi mənşəli İngiltərə vətəndaşı, ingilis kəşfiyyatının İslam dünyasını araşdıran ən önəmli zabitlərindən olan professor Bernard Lyuis ABŞ prezidentlərinin məsləhətçisi və “Britaniya geosiyasətinin ruhunda tərbiyə alan” məşhur strateq Zbiqnev Bjezinskini hələ 70-ci illərin ortasında tam inandırmışdı ki, Sovet İmperiyasını Cənubi və Mərkəzi Asiyada zəiflətməyin və çökdürməyin ən rahat yolu bu coğrafiyalarda islam fundamentalizmini körükləmək, onu "geostrateji kart" kimi ortaya soxmaq və ənənəvi sünni-şiə qarşıdurmasından istifadə etməkdir.
Bernard Lyuisin o vaxt ABŞ prezidenti Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olan Bjezinskiyə, Bjezinskinin də Karter administrasiyasına tövsiyəsindən sonra amerikalıların daha açıq və birbaşa dəstəyi ilə çoxsaylı xalqların yaşadığı, qəbilə-tayfa ənənələrinin güclü olduğu Əfqanıstanda bir-biriylə rəqabət aparan radikal islamçı təşkilatların sayı yağışdan sonrakı göbələk kimi artmağa başlamış, SSRİ-yə qarşı da bu təşkilatlar vasitəsiylə savaş aparılmışdı...
Beləcə, ABŞ və Britaniyanın təhriki və dəstəyi ilə müsəlman torpaqlarında beynəlxalq terrorizmin əhatə dairəsi genişləndirilmiş və SSRİ-nin dağılmasından sonra isə bu təşkilatlar ABŞ və Böyük Britaniyanın enerji siyasətinin həyata keçirilməsində onların xüsusi xidmət qurumlarının əllərində ən əsas silahlara çevrilmişdir...
...2022-ci ilin avqustun 4-də Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan səfirliyinə edilən qəfil basqın da, birmənalı şəkildə, ABŞ-Britaniya tandeminin siyasi əməliyyatıdır və böyük ehtimalla, əməliyyatda əsas məqsəd də 5 avqustda keçirilən Putin-Ərdoğan görüşünə planlaşdırılan hansısa razılaşmaları pozmaq, konkret mesajları çatdırmaq olub. Çünki Putin-Ərdoğan münasibətlərində ən önəmli bağ rolunu ingilis kəşfiyyatının da mövqeyinin çox güclü olduğu Azərbaycan oynayır.
Görünür, ABŞ-Britaniya tandemi Çin-Avropa Birliyi sərhədləri arasında öz ittifaqını qurmağa can atan Putin və Ərdoğana o mesajı çatdırır ki, bölgədə onların mövqeyi ilə hesablaşılmazsa, ənənəvi məzhəb qarşıdurmasının yeni məkanı kimi, bu münasibətlərdə və coğrafiyada körpü olan Azərbaycanı seçə bilərlər...
Məlumat üçün onu da bildirim ki, Qərb institutları son illərdə çox ciddi şəkildə şiəlikdəki “Mehdiçilik” fəlsəfəsini dərindən araşdırmağa girişiblər və bu ideyanı Qərb maraqları üçün ən böyük təhdidlərdən biri kimi qiymətləndirirlər. Bu səbəbdən, Qərb xüsusi xidmətlərinə bağlı çoxlu sayda “mehdiçi” təşkilatlar yaradıblar. Elə səfirliyimizə basqında da məhz belə qondarma təşkilatlardan biri olan “Mehdinin xidmətçiləri”nin – “ingilis şiələri”nin xidmətindən yararlanıblar...
Qərbin müsəlman aləminə gerçək baxışını, radikal islamçı təşkilatları necə hazırladıqlarını və onlardan necə istifadə etdiklərini bilmək istəyənlərə isə İslam dünyasını araşdıran iki müəllifin iki tədqiqat əsərini - Britaniya kəşfiyyatına işləmiş professor Bernad Lyuisin “Müsəlmanlar nədə səhvə yol verdi?” kitabını və Rusiya kəşfiyyatına işləyən tarixçi Mixail Krısinin “Cihad: Kəşmirdən Nyu-Yorka qədər” kitblarını diqqətlə oxumalarını tövsiyə edirəm.
Ümid edirəm, bu kitabları oxuduqdan sonra beyninizdə qaranlıq nəsə qalmayacaq, regionumuzda oynanan yeni “Böyük Oyun”un mahiyyətini daha yaxşı çözə və görə biləcəksiniz.
Mia.Az
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb