Rasim Balayev: "Bu qədər diqqət yetiririk, pul ayırırıq, amma film çəkə bilmirlər"

img

02-08-2022 [16:31]


"Bu qədər diqqət yetiririk, pul ayırırıq, amma film çəkə bilmirlər. Ssenaristlər, rejissorlar yoxdur. Bu, ciddi bir məsələdir. Sağlıq olsun".

Mia.az xəbər verir ki, bunu Cebhe.info-ya Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev 2 avqust Azərbaycan Kinosu Günü münasibətilə açıqlamasında qeyd edib.

O, Azərbaycan kinosunun mövcud vəziyyətini belə dəyərləndirib: "Vallah, nə fikir bildirim e? Bir yerə yığışıb günü qeyd edəcəyik, mükafatları verəcəyik, təbrik edib çıxıb gedəcəyik. Vəziyyət yaxşı deyil. Azərbaycan kinosu olmayandan sonra bizim vəziyyətimiz necə yaxşı ola bilər? Arzumuzdur ki, film çəkə bilsinlər, film yoxdur. Kino çəkməklə bağlı lazımi agentlik, Mədəniyyət Nazirliyi məşğul olur. Görək də insafa gəlsələr…".

O bildirib ki, hamı kino sahəsində baş verə biləcək dəyişiklikləri gözləyir, ondan bu barədə soruşur: "Məsələ yüsək səviyyədə həll olunmalıdır. Ya hə, ya yox. Çünki belə gedə bilməz".


Digər xəbərlər
SON XƏBƏRLƏR