Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub

img

01-08-2022 [16:07]


Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.

2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək.

Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR