15-04-2014 [15:27]
MİA-ya MTN-dən daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər. Məlum olub ki, 2013-cü ilin təxminən yanvar ayının əvvəllərində «Ağa» ləqəbli Rza adlı İran vətəndaşı külli miqdarda narkotik vasitə olan heroinin İrandan Azərbaycana gətirilməsini təşkil etmiş və Eldar Həsənova həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürüb Rusiya Federasiyasına göndərməyi tapşırmışdır. Eldar Həsənov da həmin narkotik vasitəni oradan götürərək başqa bir yerdə gizlədib.
Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində Eldar Həsənov saxlanılmış, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilən baxış zamanı 25 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu saxlanılmışlar. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilərəkgötürülüb.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR CM-nin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılmış, Eldar Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta baytarlıq preparatlarının hazırlanmasının və satışa çıxarılmasının qarşısı alınıb.
Məlum olub ki, Azərbaycan vətəndaşı Abdullayev Muxtar Rafiq oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində icarəyə götürdüyü şəxsi həyət evində satış məqsədilə qaçaq yolla xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdıraraq, üzərlərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş, Bakı şəhərində çap edilmiş etiketlər yapışdırmaqla baytarlıq preparatları ha-zırlamışdır. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həmin ünvana Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndəsinin və hal şa-hidlərinin iştirakı ilə baxış keçirilmişdir. Orada külli miqdarda müxtəlif əmtəə nişanlı satışa hazır saxta, eləcə də dövlət qeydiyyatından keçməyən xarici ölkə istehsalı olan baytarlıq preparatları, onların hazırlanması və qablaşdırılması üçün zəruri avadanlıqlar, etiketlər, boş şüşə qablar aşkarlanmışdır. Müəyyən edilmişdir ki, xarici ölkə istehsalı olan baytarlıq preparatlarının etiketi Muxtar Abdullayev tərəfindən dəyişdirilərək Azərbaycan istehsalı olan məhsul kimi satışa çıxarılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun ekspert rəyində həmin preparatların yararlı hesab edilmədiyi və məhv olunmasının zəruriliyi göstərilmişdir. İş üçün əhəmiyyət kəsb edən avadanlıqlar və digər əşyalar müvafiq qaydada sənədləşdirilmiş, fakt üzrə toplanılmış materiallar istintaq aidiyyatı üzrə göndərilib.
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı