Musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək

img

18-07-2022 [14:34]


Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan avqustun 7-də təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək həyata keçirilir.

Namizədlər bu link -  https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub