Ukrayna ordusu Xersona yaxınlaşıb: "Rus hərbçilərinə snayper atəşi məsafəsindədirlər”

img

04-07-2022 [11:28]


“Ukrayna Silahlı Qüvvələri artıq Xersona yaxınlaşıb və snayper atəşi məsafəsindədirlər”.

UNIAN məlumat verir ki, bu barədə “The Economist” nəşri yazıb.

“Xerson uğrunda döyüşlər son dərəcə çətin olacaq. Çünki tərəflərdən heç biri təslim olmaq istəmir. Ukrayna qərbdən və şimaldan əks-hücuma hazırlaşdıqca döyüşlər şiddətlənəcək”, - qəzet yazıb.

Bununla belə, “The Economist”in materialına görə, indi baş verənlər hələ tam əks-hücum demək deyil: “Ukrayna ordusunun əsas diqqəti şərqdə rus qoşunlarının davamlı irəliləyişini dayandırmağa yönəlib. Əsgərlər sursat və şəxsi heyətin çatışmazlığından şikayətlənirlər. Lakin Qərb raket sistemlərinin daha çox tədarükü durumu kökündən dəyişə bilər. İndi cənub istiqamətində yalnız bir neçə M777 haubitsa yerləşdirilib”.

Həmçinin qeyd edilir ki, Rusiya müdafiə xəttini daim təkmilləşdirir, yerin altında möhkəmləndirilmiş bunkerlər tikirlər: “Rusiya qoşunlarının yerli əhalini canlı qalxan kimi istifadə etməsi vəziyyəti daha da çətinləşdirir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR