Özbəkistan prezidenti geri çəkildi: Muxtar Respublika ilə bağlı konstitusiyaya dəyişiklik olmayacaq - Bölgədə fövqəladə vəziyyət elan olundu, ölənlər var(Yenilənib)

img

04-07-2022 [09:25]


Özbəkistanın Qaraqalpaqıstan ərazisində iyulun 1-də başlayan kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb, 250-dək yaralanan var.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

***

Bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev gərginlik yaranan Qaraqalpaq Respublikasına gedib.

Mia.az xəbər verir ki, hazırda fövqəladə vəziyyət elan olunan bölgədə sakitlikdir, maşınların hərəkəti məhdudlaşdırılıb.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

TASS xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bölgədə baş verən iğtişaşlardan sonra müvafiq addımı atıb/Report.

Xatırladaq ki, ali qanuna nəzərdə tutulan dəyişikliyə görə, adıçəkilən muxtar respublika heç vaxt referendum keçirərək müstəqiliyini elan edə bilməyəcəkdi.

Mia.az xəbər verir ki, bu qərarla yanaşı, Özbəkistan Prezidenti Qaraqalpaq Muxtar Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR