Türkiyə ilə Ermənistan arasında quru sərhədi açılır - Tərəflər daha nəyə razılaşıb?

img

01-07-2022 [19:56]


Bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Mia.az xəbər verir ki, görüş barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yyayıb.

Bildirilib ki, tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər. Bununla yanaşı, hava nəqliyyatı ilə yük daşınmalara start verilməsi barədə ilkin razılaşma olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR