Rusiya Odessada yaşayış binalarını vurdu: ölən və yaralananlar var

img

01-07-2022 [10:43]


Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket zərbələri endirib.

Mia.az Ukrayna mediasına istinadla xəbər verir ki, ölkənin Fövqəladə Hallar Dövlət Xidməti raket zərbələrindən birinin doqquzmərtəbəli binaya endirildiyini bəyan edib.

Məlumata görə, nəticədə 14 nəfər ölüb, üçü uşaq olmaqla daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Bu zaman biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR