Qulu Məhərrəmli: "Aparıcı səlahiyyətlərini aşıb, o, kobud tərzdə qonağı verilişdən uzaqlaşdırıb"
30-06-2022 [13:49]
“ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişindən kənarlaşdırılan iştirakçı Afşin Azəri qeyri-adi, yaxud qəzəbə səbəb olacaq heç bir addım atmayıb. Ona görə aparıcı burada öz səlahiyyətlərini şişirdib və kobud bir tərzdə o iştirakçını verilişdən kənarlaşdırıb. Təbii ki, mən televiziyamız üçün bunu mənfi hal hesab edirəm”.
Mia.az xəbər verir ki, bunu Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycan teleməkanında bu cür hadisələrin baş verməsi çox təəssüf doğurur:
“İnzibati və yaradıcılıq nöqteyi-nəzərdən verilişin əsas siması aparıcıdır. O, bir dirijor kimi hər şeyi idarə edir. Moderatorluq, digər proseslərə nəzarət edir, suallar verir, eyni zamanda pultdan rejissorun tapşırıqlarını yerinə yetirir. Yəni, bir növ verilişi nizamlayır. Hansı halda aparıcı veriliş iştirakçısını proqramdan kənarlaşdıra bilər? Əgər veriliş iştirakçılarından hansısa biri cəmiyyətin qəbul etmədiyi davranış tərzi nümayiş etdirər, həddindən artıq kobudluq göstərər, cəmiyyətin qəbul etdiyi normalardan kənara çıxar, veriliş zamanı etik normaları kobud şəkildə tapdalayarsa, dərəcəsindən asılı olaraq aparıcı iradlar bildirə bilər və əgər verilişin nizamının pozulmaq təhlükəsi yaranarsa, o zaman aparıcı qonağı verilişdən uzaqlaşdırma qərarı qəbul edə bilər”.
Q.Məhərrəmli vurğulayıb ki, aparıcı səlahiyyətlərini aşaraq, kobud tərzdə qonağı verilişdən uzaqlaşdırıb:
“Düşünürəm ki, televiziyanın rəhbərləri və birinci növbədə o verilişin prodüseri, rejissoru bu işdə məsuliyyət daşıyır. Çünki aparıcı o qərarı təkbaşına emosional şəkildə qəbul edə bilməz. Onun rejissor pultu, redaktor, prodüserlə birbaşa əlaqəsi var.
Moskovada Solovyov kimi aparıcılar var ki, onların nöqteyi-nəzərinə uyğun gəlməyən fikirlər səsləndirən iştirakçıları kənarlaşdırırlar. Veriliş aparıcılarının belə addımlara yol verməsi kobud və qəbulolunmazdır. Ciddi etik pozuntu halı yoxdursa, o zaman heç bir iştirakçını verilişdən kənarlaşdırmaq olmaz”.
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb