Bir qrup jurnalist Prezidentə müraciət etdi
28-06-2022 [13:55]
Ölkədə fəaliyyət göstərən bir qrup KİV nümayəndəsi Prezident İlham Əliyevə müraciət edib
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli cənab Prezident!
Azərbaycan dövləti və xalqı 2020-ci il 44 günlük Vətən müharibəsində son bir əsrlik tarixinin ən böyük Zəfərinə imza ataraq, işğal altında olan ərazilərimizi azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutmağın böyük qürurunu yaşamaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında və Xalq-Ordu vəhdətinin ən yüksək səviyyədə təşkili sayəsində möhtəşəm qələbə qazanan Azərbaycan bununla Avrasiya məkanında son 40 ildə ərazi bütövlüyünü məhz hərbi yolla bərpa etmiş ilk ölkə kimi tarixə öz adını yazdırdı.
Əlbəttə, Vətən müharibəsində böyük Zəfərin əldə olunması itkisiz başa gəlmədi və minlərlə qəhrəman soydaşımız bu yolda canından keçərək şəhidlik zirvəzinə ucaldı, eyni zamanda, çox sayda hərbçimiz döyüşlərdə yaralanaraq sağlamlığını itirdi.
Qazanılan bu misilsiz qələbə Azərbaycanın yerləşdiyi coğrafiyada yeni reallıqlar yaratmaqla yanaşı, həm də ölkəmiz üçün tamamilə yeni bir mərhələyə keçidlə əlamətdar oldu. Bu çərçivədə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığı və təqribən ilyarım müddətində nəhəng işlərin həyata keçirildiyi xüsusi qeyd edilməlidir. Haqqında danışılan bu fəaliyyət işğaldan azad edilmiş rayonlarımızın sakinlərinin ən müasir standartlara uyğun şəkildə bərpa olunan infrastruktura malik ərazilərə Böyük Qayıdış tarixini günbəgün yaxınlaşdırır.
Postmüharibə dövrünün ən müsbət məqamlarından biri də Azərbaycan dövlətinin öz canları və sağlamlıqları bahasına xalqımıza böyük Zəfər bəxş etmiş Şəhidlərimizin ailələrinə və Qazilərimizə göstərdiyi qayğı və diqqətdir. Sizin müvafiq sərəncamlarınız və birbaşa göstərişləriniz əsasında bu kateqoriyaya aid vətəndaşlarımızın sosial problemlərinin həlli, konkret desək, onların ayrı-ayrılıqda mənzil və işlə təmin olunmaları, o cümlədən, sağlamlıqlarının bərpası üçün zəruri addımlar atılır, Dövlət-Xalq birliyi bu son dərəcə həssas məsələdə də özünü qabarıq göstərir. Bu prosesdə müəyyən məmur səhlənkarlığı qeydə alınsa da, Şəhid ailələri və Qazilərimizin problemlərinin kompleks qaydada həll olunacağına cəmiyyətdə dərin inam mövcuddur. İndiyə qədər on minlərlə Şəhid ailəsi ilə Qazinin mənzillə təmin olunması bu prosesin uğurla yekunlaşdırılacağına yönəlik inamı daha da artırır.
Cənab Prezident!
Dövlət başçısı postuna gəlişinizdən sonra Azərbaycan dövlətinin üzləşdiyi problemlərə və beynəlxalq şəraitin mürəkkəbliyinə baxmayaraq, ölkə mediasının inkişafına, həmçinin jurnalistlərin sosial vəziyyətinin normallaşdırılması istiqamətində atdığınız ardıcıl addımlar KİV nümayəndələri tərəfindən dərin rəğbətlə qarşılanıb. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Sizin 2010-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, 2013-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” və 2017-ci il iyulun 19-da imzaladığınız “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlara uyğun olaraq, ümumilikdə 410 jurnalist mənzillə təmin olunub.
Sizin yuxarıda qeyd olunan 19 iyul 2017-ci il tarixli Sərəncamınız əsasında jurnalistlər üçün inşa olunan 255 mənzillik 3-cü binanın tikintisi 2020-ci ilin yayında başa çatdırılıb. Lakin inşaat zamanı keyfiyyətsiz tikinti materiallarından istifadə edildiyi əsas gətirilərək binanın təhvil alınması yubadıldı. 2020-ci ilin iyulunda məlum Tovuz döyüşlərinin, həmin il sentyabrın 27-də isə 44 günlük Vətən müharibəsinin başlaması jurnalistlər üçün inşa olunan binadakı mənzillərin təyinatı üzrə paylanmasını arxa plana keçirdi. Lakin 2021-ci ilin iyul ayından etibarən, jurnalistlərin 3-cü binası ətrafında yol verilən aşkar spekulyasiyalar KİV nümayəndələrində ciddi narahatlıqla qarşılanıb. Çox təəssüflə bildiririk ki, vurğulanan spekulyasının başlıca motivi jurnalistlərlə Şəhid ailələri və Qaziləri üz-üzə gətirmək, nəticədə ölkə başçısı olaraq Sizin və Dövlətin nüfuzuna zərbə vurmaqdır. Yenə də təəssüflə qeyd edirik ki, bu spekulyasiyada vaxtilə jurnalistlərin 1-ci və 2-ci binalarından mənzil almış bəzi “həmkar”larımız da yer almaqdadırlar. Ancaq təbii ki, onlar bu məsələdə sadəcə, icraçı funksiyasını yerinə yetirirlər.
Cənab Prezident!
Ölkə jurnalistləri Azərbaycan dövlətinin Şəhid ailələri və Qazilərimizin sosial problemlərinin həlli, o cümlədən, onların mənzillə təmin olunmaları üçün bütün imkanlara malik olduğuna birmənalı inanırlar. KİV nümayəndələri əmindirlər ki, dövlətimiz jurnalistlər üçün inşa olunmuş 3-cü binanın təyinatını dəyişdirmədən də bu məsələni həll etmək qüdrətindədir. Müraciətimizdə qeyd olunan bütün bu məqamları nəzərə alaraq, Sizin müvafiq Sərəncamınız əsasında jurnalistlər üçün inşa edilmiş 3-cü binanın təyinatı ilə bağlı səngiməyən spekulyasiyalara son qoymaq, eyni zamanda, çox sayda media mənsubunun mənzil sahibi olmaq arzusunu gerçəkləşdirmək üçün həmin binadakı mənzillərin nəhayət bu il KİV nümayəndələrinə paylanılmasının təmin olunmasına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, bu müraciətimizə hər zaman olduğu kimi yenə də həssaslıqla yanaşacaq və sözügedən binadakı mənzillərin illərlə xoş xəbər gözləyən jurnalistlərə hədiyyə olunmasını təmin edəcəksiniz".
Qeyd edək ki, müraciəti imzalayanlar arasında tanınmış jurnalistlər - Rəsul Mirehəşimli, Seymur Vrdizadə, Araz Zeynalov, Məhəmmədəli Qəribli, Günel Cəlilova, Samir Adıgözəlli, Vilayət Muxtar və başqalarının adları var.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)