DTX və DSX-dən birgə əməliyyat: bu şəxslər saxlanıldı - FOTO
KRİMİNAL
24.06.2022, 16:52
Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.
Mia.az DTX-nin rəsmi saytına istinadla xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.
Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Türkiyə uduzdu, azarkeşlər baş məşqçini istefaya çağırdı
Bugün, 00:40 İDMAN
-
RƏSMİ TEHRANDAN BƏYANAT: "Nüvə məsələsində güzəştə getməyimiz haqqında yayılan xəbər doğru deyil"
Bugün, 00:22 GÜNDƏM
-
Ərdoğan istefa verən müavininin görüş tələbinə "yox" deyib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Türkiyədə balıqçılar köpəkbalığı tutublar
28.09.2026, 23:45 GÜNDƏM
-
Azərbaycan-İran Birgə Komissiyanın həmsədrləri bir araya gəldi - Nələr müzakirə olundu?
28.09.2026, 23:31 GÜNDƏM
-
Türkiyə kinosunun bir vaxtlar ən gözəl aktrisası idi... - FOTOLAR
28.09.2026, 23:19 MƏDƏNİYYƏT
-
Putini çətinə salan əməliyyat - 250 rus əsgəri əsir götürülüb
28.09.2026, 19:41 DÜNYA
-
Fatih Terimdən Vincenzo Montella haqqında - Açıqlama
28.09.2026, 19:33 İDMAN
-
İran Xarici işlər naziri ABŞ-da vasitəçilərlə görüşəcək
28.09.2026, 19:29 GÜNDƏM
-
Şuşada mina partladı: yaralı var
28.09.2026, 18:47 GÜNDƏM
-
ÜÇ RAYONA İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncamlar
28.09.2026, 18:27 GÜNDƏM
-
Milli Məclis bu memorandumu müzakirəyə çıxarır
28.09.2026, 18:01 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
28.09.2026, 17:53 CƏMİYYƏT
-
"Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və..." - Vüqar Rəhimzadə
28.09.2026, 17:46 SİYASƏT
-
Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş nazirini qəbul edib
28.09.2026, 17:37 GÜNDƏM
-
İsrail ordusu Livanı bombalayıb
28.09.2026, 17:30 DÜNYA
-
Jurnalist Əvəz Zeynallı vəfat edib (Yenilənib)
28.09.2026, 17:24 PRESS
-
Kolleclərə boş qalan plan yerləri: qəbulun nəticələri elan olundu
28.09.2026, 17:15 GÜNDƏM
-
Vüsal Şilderin qətli üzrə məhkəmə işi: ittiham aktı elan olunub
28.09.2026, 17:03 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.09.2026, 17:00 İQTİSADİYYAT
-
“Trendyol”un PR direktoru şirkətdən ayrılıb
28.09.2026, 16:55 İQTİSADİYYAT
-
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
28.09.2026, 16:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Fərman imzaladı
28.09.2026, 16:27 GÜNDƏM
-
Naxçıvana təyyarə uçuşu yenə təxirə salındı
28.09.2026, 16:14 GÜNDƏM
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
28.09.2026, 15:48 GÜNDƏM
-
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO
28.09.2026, 15:30 GÜNDƏM
-
Türkiyədə müəllim öldürüldü - Məktəbdə + FOTO
28.09.2026, 15:18 KRİMİNAL
-
Agentlik sədrinin müavini nazir müavini təyin olundu
28.09.2026, 15:09 GÜNDƏM
-
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
28.09.2026, 14:57 MƏDƏNİYYƏT
-
Yeni təhsil naziri kollektivə təqdim olunub
28.09.2026, 14:43 GÜNDƏM
-
"Lent.az" naziri "vurdu" - MƏKTƏBLƏRDƏ RÜSVAYÇILIQ DAVAM EDİR + VİDEO
28.09.2026, 14:34 CƏMİYYƏT
-
Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)
28.09.2026, 14:13 GÜNDƏM
-
Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı (Yenilənib)
28.09.2026, 14:00 CƏMİYYƏT