“SPACE” telekanalına ciddi xəbərdarlıq olunub - Səbəb
24-06-2022 [12:10]
Audiovizual Şura “Space” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib.
Mia.az Şuraya istinadla xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub:
"Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənmişdir. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.
Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.
Aparılan müzakirələrdən sonra Şura üzvləri “Space” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Space” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul ediblər".
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO