Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizədə - VİDEO

img

24-06-2022 [11:15]


Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

FHN-dən Mia.az-a bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR