Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqəsi forması Nazirlər Kabinetinə təqdim olunub (Yenilənib)

img

23-06-2022 [15:48]


"Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan layihə artıq hökumətə təqdim edilib".

Bunu  MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, hazırda layihəyə baxılmaqdadır/Report.

***

Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqəsi formasının layihələri Nazirlər Kabinetinə təqdim olunub.

Bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O xatırladıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 2022-ci il 8 fevral tarixində cənab Prezident tərəfindən təsdiq edilib və müvafiq qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanıb. Fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci il 24 fevral tarixində sərəncam imzalayıb və həmin sərəncamla da Medianin İnkişafı Agentliyinə həm Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həm də jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasının hazırlanması ilə bağlı tapşırıq verilib:

"Müvafiq tapşırıq tərəfimizdən icra olunub, qeyd olunan layihələr hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR