Ukrayna taxılı ölkədən necə çıxarılacaq? - Türkiyə XİN başçısı "Təhlükəsiz bölgə yaradılacaq" dedi

img

23-06-2022 [11:56]


“İstanbulda razılaşma olarsa, nəzarət mərkəzi qurulacaq, Ukrayna sularının xaricində təhlükəsizlik bölgəsi yaradılacaq. Xüsusilə Ukrayna limanlarına gedəcək gəmilərin nəzarəti də aparılacaq”.

Mia.az xəbər verir ki, bu sözlərii Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan britaniya XİN başçısı  Liz Trassla görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, gəmilərin dönüşündə isə onların müvafiq yükü daşıdığına dair hər kəs əmin olmaq istəyir: "Lakin bu məsələdə tərəflər razılaşmalıdırlar. Bu istiqamətdə Ukrayna və Rusiya ilə danışıqları davam etdiririk”.

Çavuşoğlu Rusiyanın ələ keçirdiyi Ukrayna taxılını gəmi vasitəsilə gizli şəkildə daşıdığına dair iddiaları araşdırdıqlarını da deyib: “Biz hər iddianı ciddiyə alırıq və ciddi şəkildə araşdırırıq. Nəticəni isə xüsusilə Ukrayna tərəfinə bildiririk. Əslində, bu prosesi izləmək asandır. 5-6 dollarlıq proqramla hansı gəminin haradan gəldiyini, nə daşıdığını - bunların izlənilməsi mümkündür. Adi vətəndaş belə bunu təyin edə bilər. Bununla əlaqədar araşdırma apardıq. Nəticədə gəminin Rusiyamənşəli olduğunu müəyyənləşdirdik. Biz Ukrayna taxılının Rusiya və ya başqa bir ölkə tərəfindən alınıb qeyri-qanuni şəkildə satılmasına qarşıyıq. Türkiyə olaraq bu məhsulların ölkəmizə gəlməsinə icazə vermərik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR