"Rusiya hazırda əsas diqqəti təxribat və kəşfiyyat fəaliyyətinə verir" - Döyüş zonasındakı son  vəziyyət açıqlandı

img

23-06-2022 [11:12]


"Rusiya bölmələrin Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində yerləşdirilir, eyni zamanda, Bayrak və Rubijne yaşayış məntəqələri ərazilərində hava kəşfiyyatı aparılır".

Mia.az xəbər verir ki, bu, Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yer alıb.

Bildirilib ki, rus hərbçiləri Xerson və Nikolayev vilayətlərində Ukraynanın əks-hücum əməliyyatlarının qarşısını almaq üçün səfərbər olunub: "Hazırda Rusiya tərəfi əsas diqqəti təxribat və kəşfiyyat fəaliyyətinə verir. Qara və Azov dənizlərində Qara Dəniz Donanmasının gəmiləri döyüş əməliyyatları və kəşfiyyat zonasının təcrid olunması üzrə tapşırıqları yerinə yetirməkdə davam edir: Bununla yanaşı, Qara dənizin şimal-qərbində mülki gəmilərin qarşısını almağa davam edir. Bölmələrimiz müəyyən ərazilərdə raket və artilleriya atəşi tapşırıqlarını yerinə yetirməkdə davam edir. Ukrayna müdafiəçiləri aktiv döyüş əməliyyatlarının davam etdiyi bütün ərazilərdə Rusiya ordusuna itkilərlə müşayiət olunan zərbələr endirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR