Ağdaş, Salyan, Şəmkir və Ağcabədidə ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb

img

23-06-2022 [10:40]


Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb.

Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR