BQXK Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib

img

22-06-2022 [15:54]


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Mia.az xəbər verir ki, bu vəzifəyə xanım Draqana Kojiç təyinat alıb.

Qeyd olunub ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.

BQXK-nın Azərbaycan Nümayəndəliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı Nümayəndəliyinin rəhbəridir. O, avqustun 1-dən Azərbaycanda rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR