Həbs xəbəri yayılan gömrük generalından açıqlama: "Hazırda işimin başındayam və..."

img

21-06-2022 [13:09]


Dövlət Təhlükəsizlik Xidmətinin dünən keçirdiyi əməliyyatda saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini, general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.

Mia.az xəbər verir ki, Bakupost.az -a danışan general buna görə təəssüfləndiyini deyib: “Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yaylan şayiəni tirajlamadılar”.

İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib:

“Mən həmişə dövlət və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa bir neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hal hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram və nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm, innovativ layihələr həmişə narahatçılıq yaradır, amma geriyə yol yoxdur..."


Digər xəbərlər
SON XƏBƏRLƏR