İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında - Çıxışlar/FOTOLAR (Yenilənib)
GÜNDƏM
21.06.2022, 16:03
İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.
Mia.az xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış ediblər.
Dövlət başçıları memorial kompleksin açılışını ediblər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoyublar.
***
"İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür".
Mia.az xəbər verir ki, bunu Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində çıxışı zamanı deyib.
"Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Mən atam haqqında səmimi sözlərinə görə Şavkat Miromonoviçə çox təşəkkür edirəm. O, bizim Liderimizi çox sanballı və dəqiq səciyyələndirdi. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib.
Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib".
Dövlət başçısı bildirib ki, bugünkü dövlət səfəri təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir: "Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.
Mən Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından bir daha, ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürümü bildirmək istərdim. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir. Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!".
***
“Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir”.
Mia.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddəki Heydər Əliyev Meydanının açılışında söyləyib.
“Ölkə həyatının ən dramatik dövründə Prezident seçilmiş Heydər Əliyev sülhə və sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu, bir çox onillik irəlicədən müasir Azərbaycanın inkişaf vektorunun əsasını qoydu, iqtisadiyyatı, elmi, təhsili əsaslı şəkildə irəlilədə bildi, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Nisbətən qısa müddətdə ölkədə yeni sahələr yaradıldı, onlarca iri zavod və fabrik tikildi, yüzlərlə məktəb, kitabxana, mədəniyyət sarayı və muzeylər açıldı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq arenada layiqli yer tutdu, yüksək nüfuz və hörmət qazandı”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev əsl vətənpərvər idi və onun adının özü rəmzi məna daşıyır: “Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi”.
Şavkat Mirziyoyev əlavə edib ki, bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb: “Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
Bugün, 18:15 CƏMİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişdi - Yeni təyinat
Bugün, 18:04 PRESS
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
Bugün, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
Bugün, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
Bugün, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
Bugün, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
Bugün, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
Bugün, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
Bugün, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
Bugün, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
Bugün, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
Bugün, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
Bugün, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
Bugün, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
25.06.2026, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
25.06.2026, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
25.06.2026, 17:00 İQTİSADİYYAT