Pentaqon Rusiyanın Ukraynadakı strategiyasını dəyərləndirir

img

21-06-2022 [09:12]


ABŞ Müdafiə Nazirliyi gələn ilin büdcəsinin icrası çərçivəsində Rusiyanın Ukrayna ilə bağlı strategiyasının qiymətləndirilməsini hazırlamalı olacaq.

Nümayəndələr Palatasının müvafiq komitəsinin hazırladığı sənədə görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostindən qanunun qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya strategiyasının strateji, əməliyyat və təşkilati gücü və zəif tərəflərinin qiymətləndirilməsi tələb olunacaq.

İyunun 22-də komitədə büdcə layihəsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR