SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: "Bu, araşdırılmalıdır və mütəxəssislər məhkəməyə dəvət edilməlidir" - Prokuror "yox" dedi, hakim isə...

img

20-06-2022 [15:35]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

O, təkrar ekspertizanın keçirilməsini istəyib: "Bu, araşdırılmalıdır və mütəxəssislər məhkəməyə dəvət edilməlidir".

Dövlət ittihamçısı isə vəsatətin təmin edilməməsini tələb edib. O, araşdırmaların qeyri-obyektiv aparılmadığını deyib.

Məhkəmədə elan olunub ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.

Növbəti iclas iyunun 24-dək təxirə salınıb/Report

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR