"Qarabağ" Gürcüstan millisinin qapıçısı ilə 3 illik müqavilə bağlayıb

img

18-06-2022 [17:08]


"Qarabağ"ın Polşanın "Yagelloniya" klubundan icarəyə götürdüyü Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edib.

Mia.az xəbər verir ki, 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

"Köhlən atlar" Belostok təmsilçisi ilə danışıqların yekununa əsasən, qapıçının transfer hüququna yiyələnib.

Qeyd edək ki, Luka Quqeşaşvili bu ilin yanvarından "Qarabağ"da çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR