Gürcüstanın Baş naziri Ermənistana gedib

img

18-06-2022 [17:25]


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib.

Mia.az Report-a istinadla xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.

İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq.

İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR