Conson Kiyevdə Zelenski ilə bir arada: liderlər şəhər gəzintisinə çıxdı, birgə mesajlar verdi - "Qələbəyə doğru necə irəliləmək...” - FOTOLAR (Yenilənib)

img

17-06-2022 [23:58]


Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyev şəhərində gəzintiyə çıxıb.

Mia.az xəbər verir ki, onlar Müqəddəs Mixael monastırını ziyarət etdikdən sonra Rusiya ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə baxş keçiriblər.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın Baş naziri Boris Conson ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.

Zelenski bildirib ki, danışıqlar mümkün qədər məzmunlu və mühüm detallarla dolu olub: “Biz cəbhə xəttində, dövlətimizin cənubunda mövcud vəziyyəti, Ukraynanı qorumaq imkanlarımızı ətraflı müzakirə etdik. Qələbəyə doğru necə irəliləmək barədə ümumi fikir var”.

Zelenski Consona Ukraynanın silah ehtiyaclarını başa düşdüyünə görə təşəkkür edib: “Bu gün əsas məsələ həm də Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz o istiqamətdə irəliləməyə başladıq. Rusiya raketləri xalqımız üçün, bütün Ukrayna ərazisi üçün təhlükə olaraq qalır. Rusiya ordusu tərəfindən raket zərbələrinin böyük əksəriyyəti sadə insanlara, mülki infrastruktura - yaşayış binalarına, məktəblərə, xəstəxanalara, universitetlərə, nəqliyyata endirilir”.

Danışıqlar zamanı tərəflər Böyük Britaniyanın Ukraynanın maraqlarını irəli sürdüyü "Ramşteyn" formatında üçüncü görüşün nəticələrinə toxunublar.

Boris Conson əmin edib ki, ölkəsi bundan sonra da Ukraynanı silahla təmin etməyə, onlardan istifadə üçün hərbçilərin təlimini təşkil etməyə hazırdır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR