Azərbaycanın strateji valyuta ehtiyatları 54 milyard dolları ötüb
17-06-2022 [18:03]
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır və 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1,9 % artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bilkdirilir ki, xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir.
"Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22,5 %-i həcmində profisit qeydə alınmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.
Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 milyon ABŞ dollaır, tələb isə 288 milyon ABŞ dolları təşkil edib. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib", - ABB qeyd edib.
Məlumatda deyilir ki, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır: "2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22,5 %-i həcmində profisit qeydə alınıb. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib".
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub