Hikmət Hacıyev: "Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq"

img

17-06-2022 [10:52]


"Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan mübarizəsini davam etdirəcək: "Qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq hər kəs üçün çox önəmlidir. Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir: "Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır.  Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim ittifaqımızı qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi. Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR