BLİNKENİN KÖMƏKÇİSİ BAKIDA: "Azərbaycanla Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var və..." - "Bayden Azərbaycan prezidenti ilə qarşılıqlı əlaqədədir"

img

16-06-2022 [19:21]


“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.

Mia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.

O bildirib ki, Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var: "Zəngəzur dəhlizi belə imkanlardan biridir. ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb.Fürsətin nə qədər davam edəcəyi bilinmir. Prezident İlham Əliyev Cənubi Qafqazı dinc inkişafda görür. ABŞ burada davamlı sülhə nail olmaq üçün region ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir”.

Donfridin sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir: "Bu istiqamətdə müzakirələr digər region ölkələri ilə də davam etdirəcək. Əgər biz burada əməkdaşlığı gücləndirə bilsək, bu, regionun çiçəklənməsinə gətirib çıxaracaq”.

Blinkenin köməkçisi deyib ki, Ukraynadakı müharibə Azərbaycanın enerji sektorunda əhəmiyyətini daha da gücləndirib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir və biz bunu alqışlayırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR