NATO: "Prezident Zelenski sammitə dəvət edilib"

img

15-06-2022 [17:49]


"Ukrayna Prezidenti Vladimir Zelenski iyun ayının sonunda Madriddə keçiriləcək NATO sammitinə qatılacaq".

Mia.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün və sabah keçiriləcək müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında deyib: "Prezident Zelenski bu sammitə dəvət edilib. Əlbəttə, biz onun Madriddə, bu sammitdə şəxsi iştirakını görməyə şad olardıq. Amma ona necə uyğundursa o, elə qatılacaq, bu videoformatda da ola bilər. Ukrayna lideri müttəfiq liderlərin qarşısında çıxış edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR