Həyat yoldaşını qətlə yetirən yazar ömürlük həbs olundu

img

14-06-2022 [16:01]


Məhkəmə Amerikada "Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton Brofi barəsində qərarı açıqlayıb.

Axşam.az xəbər verir ki, həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul olunub. Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb. Müvafiq qərarı ABŞ-ın Oreqon ştatının məhkəməsi verib.

Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR