Bakıda əməliyyat: narkotik becərən şəxs saxlanılıb - VİDEO

img

13-06-2022 [10:42]


Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb.

Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib.

Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR