Rusiya-Ukrayna müharibəsinin bəzi dərsləri haqqında... - Sabiq nazir yazır
05-06-2022 [20:44]
Saleh Məmmədov,
Professor, sabiq Maliyyə naziri
***
Rusiya dövləti və rus xalqı çox təəssüf ki, yavaş yavaş tamamilə ağıl və məntiqini itirməkdədir. Tarixi təcrübə göstərir ki, imperiya, xalqlar və millətlər də insanlar kimi eyni evalyusiya prosesini yaşayır: yaranır, gənclik, orta yaşlılıq, qocalıq dövrünü yaşayır və ölürlər. İnsanlardan fərqi özünü yeniləmək imkanlarının olmasıdır.
Xalqlar özünü yeniləməklə daha uzun müddət yaşaya bilirlər. Rus xalqı imperiya kimi təəssüf ki, özünü yeniləməyə heç cür nail ola bilmir və demensiyaya məruz qalmış, əldən düşmüş qoca kimi o qədər böyük və bağışlanılmaz səhvlər buraxır ki, bundan sonra belə bir ölkənin ayaqda qalmasını qeyri mümkün edir. Dünya miqyasında Rusiya kimi uzunömürlü və qəddar ikinci bir imperiya qalmamışdır Son dövrün təhlilləri göstərir ki, belə bir sarsıdıcı infeksiya həm dövləti, həm rus millətini və həm də Rusiya xalqını (qeyri rus millətləri ilə birgə) eyni zamanda yoluxdurmuşdur: qoca rəhbər, qoca imperiya, qoca millət, qoca generallar, qoca ordu, qoca qərar verənlər və s.
Ukraynalı dostlarım bir neçə ildir sorusurdular: müharibə olacaq? Mən məntiqə və rus xalqının intellektual səviyyəsinə arxalanaraq düşünürdüm ki, yox, olmayacaq. Çünki belə səhvə kiminsə, hətta ən zəif düşüncəli bir idarəçinin belə qəbahətə yol verə biləcəyini heç kim proqnozlaşdıra bilməzdi:
1. Ona görə ki, Rusiya bir dövlətdir və sərhədlərin zorla dəyişdirilməsinin böyük və dünyanı silkələyən bir cinayət olduğunu bilir, bir neçə konvensiyalara imza atıb. Sonuncu Helsinki aktı (1975) Rusiyanın təklifi ilə qəbul olunmuşdur. Ya bu qoca imperiyada bu konvensiyalara xəbərsizdirlər, ya bu qədər sənədlərə imza atan dövlət bunların hamısının üstündən necə xətt çəkmək olar. Orta əsrlər psixologiyası üzrə necə hərəkət etmək olar? Tutaq ki, Ukraynanın bir hissəsini işğal etdi, bundan sonra necə idarə edəcəyini, necə yaşayacağını düşünən oldumu?
2. Bu ölkədə beynəlxalq idarəçiliyi bilən bir kimsə olsaydı, deyərdi - 640 milyard dolları götürüb ABŞ və Avropa ölkələrinə vermisən, al bu pulları sən sandıqda saxla, sabah Ukraynaya, sənə və bütün dünyaya qarşı müharibə elan edəcəm. Rusiyanın hər bir məmuru, ziyalısı, alimi bilirdi ki, bu vəsaitlər dondurulacaq və hətta, müsadirə olunacaq. Müharibəyə hazırlaşan bir lider heç olmasa bu qədər böyük resursları azad edərdi.
3. 21-ci əsrdə yaşayırıq, orta əsrlər deyil ki, Çingiz xan və ya Əmir Teymur kimi, dünyanın yarısını işğal edəsən və sahiblənəsən. 8 milyardlıq dünya əhalisinin 95%-i bu gün Rusiya işğalına qarşidı. Bütün mütərəqqi dunya, dünya idarəçiliyinin məsuliyyətini öz üzərinə götürmüş 38 inkişaf etmiş ölkələrin hamısı Rusiyaya qarşıdır, dünyanın ən qüdrətli ölkələri, o cümlədən, ABŞ, ÇİN, Aİ, Yaponiya və s. Rusiyaya qarşıdır. Dünya tarixində ilk dəfədir ki, tək bir imperiya bütün insan cəmiyyətinə qarşı qəddar müharibə elan etmişdi.
4. Xalqlar həbsxanasına çevrilmiş bu ölkədə bir neçə xalq azadlıq gününü səbirsizliklə gözləyir. Bu xalqlardan çoxu türk xalqlarının və bu bütün türkləri daha ciddi narahat etməlidir. Ölkədə rus millətindən olan əhalinin sayı ildə bir milyon azalır. Millət özü ahilliq dövrünü yaşayır. Rus demoqraflarının proqnozuna görə yaxın yüz ildə bu millət qırmızı kitaba düşəcək. Digər millətlərdən olan əhalinin sayı artır, milli balans qeyri rusların xeyrinə dəyişir.
5. Bir də, bir anlığa Rusiyanın törətdikləri cinayətlərin, gobud səhvlərin dünyanın ən qüdrətli dövləti ABŞ və ya Çin, Aİ-nin etdiyini abstrakt olaraq gözümüz qarşısına gətirsək, nə nəticə görə bilərik? Tutaq ki, ABŞ Meksikanın və ya Kubanın yarısını işğal edib, öz torpaqlarına qatıb. Belə bir hadisə, həmin ölkənin daha tez və daha yüngül formada dağılmasına səbəb olacaqdı. Rusiyada diktatura rejimi hökm sürdüyünə, bu ölkə hər cür ağır cinayətlərə gedə bildiyinə görə prosesi bir az uzada bilir. Əslində Rusiyanın dağılması SSRİ-nin dağılması ilə eyni vaxta düşməli idi. Lakin dünya ictimaiyyəti Rusiyaya tam yenilənmək üçün bir şans verdi, xüsusilə ABŞ, Avropa bu ölkənin yenilənməsi üçün hər cür köməklik göstərdi. Lakin Putinin gəlişi bu ölkənin daha bir neçə onilliklər yaşaması şansını tam aradan qaldırılmalı oldu.
Beləliklə, Rusiya rəhbərliyi və xalqı elə bir həddə yetişmişdir ki, hazırkı dövrə qədər fəaliyyət göstərdiyi formada davam etməsi mümkün deyil. Qərb ölkələri yavaş - yavas, səbr və təmkinlə öz məqsədlərinə çatmaq üzrədir. Ssenari eyni Sovet ittifaqının dağıdılması kimidir. İqtisadi cəhətdən ölkənin bütün dayaqlarını kəsmək, daxildə və xaricdə imperiyanın nüfuzunu sıfıra endirmək, həbsxana halına salınmış çoxsaylı xalqların milli azadlıq hərəkatının oyandırılması, daxildə əhalinin aclıq və səfalət vəziyyətinə gətirilməsi, əsas müqavimət gücünə (Ukrayna) hər cür yardım edilməsi və s.
Hələ, 1993-cü ildə Azərbaycan Rusiya münasibətləri müzakirə olunarkən qəti fikirimi bildirmişdim ki, Rusiyaya. Güc enerji sərf etməyə dəyməz, Rusiya imperiyası reqresdə olan ölkədir, özü özünü islah edəcək, hər nə yolla olsa, təhlükəsiz, zərərsiz o günə qədər otusmək lazımdır. 2020-ci il 44 günlük Azadlıq müharibəsi zamanı eyni fikirləri dəfələrlə ictimai müzakirəyə çıxarmışam. O gün yetişib tam yaxınlaşmaq üzrədir. Əsrlərlə Rusiya əsarətində qalan türk xalqları və Uzaq Şərqdən Sibirə, oradan Krıma və Qafqaza qədər uzanan zəngin Türk torpaqları haqqında düşünməyin vaxtı çatmışdır.
Mia.az
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)