Bakıda Bollivud filmləri nümayiş olunacaq

img

03-06-2022 [18:27]


Bakıda Bollivud filmləri nümayiş oluncaq.

Mia.az xəbər verir ki, ilk filmin təqdimatında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna iştirak edib.

Onun sözlərinə görə, hind filmlərinin nümayişi ölkəsinin müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması çərçivəsində baş tutacaq: “Azərbaycanda hind filmləri çox sevilir, onlar hələ də məşhurdur. Ümid edirik ki, bu filmlər də tamaşaçıları sevindirəcək”.

Qeyd edək ki, tamaşaçılara 3 Bollivud filmi – “Phillauri” (3 iyun), “Badrinath ki Dulhania” (4 iyun) və “Nil Battey Sannata” (5 iyun) ingiliscə, Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR