Bloger yenə gecə klubub sahibindən şikayətləndi: “Evimə qədər gəlib yalvardılar ki..."
03-06-2022 [15:13]
Bloger Aysel Şükürova partlayış baş verən “Location” klubun sahibi Elşən Səfərovdan şikayət edib.
Mia.az xəbər verir ki, “Location” klubunda baş verən partlayışda yaralanan bloger xəstəxana xərclərinin ödənilmədiyini bildirib.
Aysel bu dəfə E.Səfərovla yazışmasını sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, klub sahibləri əvvəl ondan 15 gün vaxt istəyib, sonra isə sözlərini tutmayıblar:
“Evimə qədər gəlib yalvardılar ki, şikayətçi olmayın, ortada Rəsul (obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov) var, dostunuzdur. Rəsulun adından istifadə edib, şirinlik edib məndən 15 gün vaxt istədilər. Sonra isə nə telefonumu verdilər, nə də xəstəxana xərclərini qarşıladılar. Elşən və Rəşad… Halbuki evimə girib, çayımı içib, üzr istəyib, dəymiş ziyanı ödəyəcəklərini dedilər. Mən də Rəsula görə 15 gün vaxt verdim. 15 gündən sonra bizi yenə doladılar. Qanunları çox gözəl bilirəm: yanan insanın nə qədər ala biləcəyini qanunla gözəl bilirəm. Amma Rəsula görə keçdim, dedim, ancaq xəstəxana xərclərini və telefonlarımı qaytarın. Çünki xəstəxana pullarımı ailəm qarşılayır, o pulu qaytarmalıyam. Telefonlarım da orada yanıb, itib, batıb. Amma yenə də oralı olmadılar. Əllərini, qollarını sallaya-sallaya şəhərdə gəzirlər. Mənə dəymiş ziyanı isə heç kim ödəmək istəmir. Gah dedilər, rəhmətə gedənlərin yaslarını qarşılayırlar, gah dedilər onların evlərinə bazarlıq edirlər. 2 ay keçib. Hələ də bunların vecinə deyil”.
Qeyd edək ki, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.
Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib