Vəfa Zeynalova: "Şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz"

img

02-06-2022 [12:01]


“Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm”.

Bu sözləri Əməkdar artist Vəfa Zeynalova MTV-də yayımlanan “Üzə-düz” verilişində qonaq olarkən deyib.

Rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi “İlahi məxluq” filmindəki qalmaqala səbəb olan səhnədən danışan Zeynalova həmin illər sənətindən küsdüyünü qeyd edib:

“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu, sizsiniz də. Bu, mən deyiləm”/Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR