“TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub (/VİDEO/FOTOLAR)

img

28-05-2022 [16:56]


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “TEKNOFEST Azərbaycan” Festivalının xatirə hədiyyələri təqdim olunub.

Mia.az xəbər verir ki, xatirə hədiyyəsi alanlar arasında Nobel mükafatı laureatı Əziz Sancar da olub.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyiblər.

Xatırladaq ki, aviaşounu izləyənlər arasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da var.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdiriblər.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR